Rusiyanın yeni itkiləri açıqlanıb
Ukrayna müdafiəçiləri Rusiyanın itkilərinin bütövlükdə 144 min nəfəri keçdiyini açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
"2022 ci ilin fevralın 24-dən, cari ilin fevralın 21- dək ümumilikdə Rusiyanın təxminən 144 min nəfər öldürülüb", - Baş Qərargahın məlumatında bildirilib.
Bu günə qədər Rusiyanın Ukraynada 3326 tank, zirehli döyüş maşınları 6562 ədəd, artilleriya sistemləri 2338 ədəd, İHA əməliyyat-taktiki səviyyəsi 2023, avtomobil avadanlığı və sisternlər - 5210 ədəd, xüsusi texnika 226 ədəd ələ keçirilib.
Bundan əlavə, Ukraynanın tammiqyaslı işğalı zamanı Rusiyanın 471 MLRS, 243 hava hücumundan müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 18 gəmi, qayıq məhv edilib.
Ötən gün, fevralın 20-də Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin 11 yaşayış məntəqəsi, Qryanikovka və Masyutovka ərazilərində rus işğalçılarının hücumlarını dəf edib.
Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 16 zərbə endirib və atəş mövqeyində zenit-raket kompleksinə hücum edib.
Rus qoşunları gün ərzində Donetsk, Zaporojye və Xerson vilayətlərinin mülki infrastrukturuna altı raket zərbəsi endiriblər. Həmçinin, çoxsaylı buraxılış raket sistemlərindən 86 hücum həyata keçirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox