Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırır
Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırır, lakin ondan çıxmır. Bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Rusiya Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırır. Yenə deyirəm, o, müqavilədən çıxmır, sadəcə iştirakını dayandırır", - Putin bildirib.
Putinin sözlərinə görə, Vaşinqtonda bəzi fiqurlar nüvə silahının sınaqdan keçirilməsi barədə düşünür, lakin sonradan Moskva da onu sınaqdan keçirəcək.
Daha əvvəl NATO Rusiyanın START-ın şərtlərinə əməl etmədiyini bildirmişdi.
ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Müqavilələrinin (START 1 və START 2) davamı olan Yeni START Müqaviləsi Vaşinqton və ABŞ arasında qüvvədə olan son nüvə sazişidir.
2010-cu ildə imzalanmış Yeni START Müqaviləsi Rusiya və ABŞ-ın yerləşdirdiyi strateji nüvə başlıqlarının sayını maksimum 1550-yə qədər məhdudlaşdırır.
Müqavilə həmçinin buraxılış və nüvə silahı daşıya bilən ağır bombardmançıların sayını 800-ə qədər məhdudlaşdırır.
2011-ci il fevralın 5-də qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci il fevralın 5-də başa çatıb.
Rusiya prezidenti Vladimir Putin 2021-ci il yanvarın 29-da müqavilənin 5 il müddətinə uzadılması barədə qərarı imzalayıb.
ABŞ prezidenti Co Bayden də 2021-ci il fevralın 5-də sazişin müddətini uzatmaq qərarını açıqlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox