• $
  • £

NATO Rusiyanı START-da iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır

NATO Rusiyanı START-da iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır
21.02.2023 16:50
NATO Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START, START III) iştirakını dayandırmaq qərarından təəssüflənir və Rusiya tərəfini bu qərara yenidən baxmağa çağırır. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Stoltenberqin sözlərinə görə, Rusiya Federasiyasının bu addımı silahlara nəzarətin bütün arxitekturasını sıradan çıxarır.

"Rusiyanın Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında yeni Müqavilədə iştirakını dayandırmaq qərarından təəssüflənirəm... Mən Rusiyanı öz qərarına yenidən baxmağa qətiyyətlə çağırıram”, -  o bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını açıqlamışdı.

Strateji Silahların Azaldılması Müqaviləsi hazırda dünyada nüvə ehtiyatlarının əksəriyyətinə sahib olan Rusiya və ABŞ-ın nüvə qüvvələrini məhdudlaşdıran yeganə sənəddir. START-3 müddəti 5 fevral 2026-cı ildə başa çatır, tərəflərin qarşılıqlı razılığı ilə beş il müddətinə uzadıla bilər.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Dünya 16:52
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
İran Türkiyəyə ballistik raket atıb
Dünya 15:49
İran Türkiyəyə ballistik raket atıb
Xamenei ilə vida mərasimi ləğv edilib
Dünya 14:58
Xamenei ilə vida mərasimi ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol