• $
  • £

Mixail Saakaşvilini azad etmək üçün Tbilisidə qərargah yaradılıb

Mixail Saakaşvilini azad etmək üçün Tbilisidə qərargah yaradılıb
21.02.2023 21:21
Milli Hərəkat Tbilisidə Mixail Saakaşvilinin azad edilməsi üçün qərargah yaradır.

"Qruziya Online” saytının məlumatına görə, bunu mətbuat konfransında "Milli Hərəkat”ın sədri Levan Xabeişvili deyib.

Onun sözlərinə görə, indiki şəraitdə Milli Hərəkatın paytaxtda, o cümlədən struktur baxımdan güclü olması vacibdir.

"Ona görə də bu gün biz paytaxtda, Brosse küçəsində Mixail Saakaşvilinin azadlığa buraxılması üçün qərargah açırıq ki, bu da eyni zamanda BMT-nin Tbilisidəki mərkəzi ofisi olacaq. Paytaxtda yüz minlərlə olan tərəfdarlarımızı ofisimizə gəlməyə, qeydiyyatdan keçməyə, "Rus arzusu” üzərində qələbənin iştirakçısı olmağa çağırıram. Partiyanın Tbilisidə güclü olması üçün biz İrakli Nadiradzenin başçılığı ilə işçi qrup yaratmışıq. Onun vəzifəsi Tiflisdə "Milli Hərəkat”ı yenidən təşkil etmək, onun strukturunu təkmilləşdirməkdən ibarət olacaq ki, partiya həmişəkindən daha güclü olsun. Paralel olaraq, Milli Hərəkatın rəsmi səhifəsində konkret müraciət yerləşdiriləcək, onun vasitəsilə hər biriniz qeydiyyatdan keçə biləcəksiniz”, - Levan Xabeişvili bildirib.

Avropa Parlamenti Gürcüstan hakimiyyətindən eks-prezident Mixail Saakaşvilini həbsdən azad etməyi tələb edən qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, "humanitar səbəblərə görə və siyasi qütbləşməni azaltmaq üçün” eks-prezident Mixail Saakaşvili azadlığa buraxılmalı və "xaricdə lazımi müalicə almasına icazə verilməlidir”.

Mixail Saakaşvili 2021-ci ilin payızında sərhədi qanunsuz keçərək Gürcüstana qayıdanda saxlanılıb. Həbsdə olarkən səhhəti pisləşib.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol