Almaniya İranın Berlindəki səfirliyinin iki əməkdaşını qovub
Almaniya İranın Berlindəki səfirliyinin iki əməkdaşını "persona non-qrata” (arzuolunmaz şəxs) elan edib. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Məlumata görə, onların casusluq fəaliyyəti ilə məşğul olduqları ehtimal edilir.
Məlumata görə, onların casusluq fəaliyyəti ilə məşğul olduqları ehtimal edilir.
Bildirilir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın iranəsilli Almaniya vətəndaşı Cəmşid Şarmehdin barəsində edam hökmu çıxarılmasını tənqid edib.
"Almaniya hökuməti İran səfirliyinin 2 əməkdaşını "persona non-qrata” elan etdi. Onlara Almaniyanı tərk etmələri üçün qısa müddət verilib”,- məlumatda bildirilib.
Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin 40 əməkdaşını ölkədən qovmuşdu.
Almaniya XİN həmçinin Ukraynaya hərbi yardımın gücləndiriləcəyi qeyd olunub.
"Biz Rusiyaya qarşı sanksiyaları daha da kəskinləşdirəcək, Ukrayna silahlı qüvvələrinə dəstəyimizi gücləndirəcək, NATO-nun Şərq cinahının möhkəmləndirilməsi üçün ciddi addımlar atacağıq”,- bəyanatda bildirilib.
Artıq Avropa Birliyinin əksər ölkələri Rusiya diplomatlarının sayını kəskin azaltmağa başlayıblar. Latviya, Litva və Estoniya isə öz səfirlərini Moskvadan gedir çağırıb, Rusiya səfirlərinə ölkələri tərk etmələrini bildiriblər.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox