• $
  • £

BMT Rusiya tərəfindən öldürülən ukraynalıların sayını açıqlayıb

BMT Rusiya tərəfindən öldürülən ukraynalıların sayını açıqlayıb
22.02.2023 16:37
Müharibə başlayandan bəri 8000-dən çox ukraynalı ölüb, 13 mindən çox insan isə yaralanıb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında bildirilib. 
 
Məlumata görə, ölənlər arasında ən azı 487 uşaq, 954 nəfər isə yaralanıb.

Bildirilir ki, güclü döyüşlərin davam etdiyi və rusların yerləşdiyi yerlərə çıxış olmadığından dəqiq məlumat əldə etmək mümkün deyil.

"Ukraynanın digər işğal olunmuş ərazilərində, xüsusən Mariupol, Lisiçansk, Popasnaya və Severodonetsk kimi şəhərlərdə dinc əhali arasında itkilər barədə çoxlu məlumat hələ də təsdiqini gözləyir", - BMT bildirib.

Ölənlərin və yaralananların əksəriyyətinə irimiqyaslı partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri səbəb olub.

Bundan əlavə, təşkilat son bir ildə rusların Ukraynadakı tibb müəssisələrinə 707 hücumunu qeydə alıb.

BMT-nin məlumatına görə, Ukraynada 17 milyon 600 min insan və ya ölkə əhalisinin demək olar ki, 40%-nin  humanitar yardıma ehtiyacı var.

BMT-nin baş katibi  Antonio Quterreş  Rusiyanın Ukraynaya təcavüzünün Ukrayna xalqına misilsiz iztirablara səbəb olduğunu və həmçinin ciddi qlobal nəticələrə səbəb olduğunu bildirib. 

Son məlumatlara görə, müharibə başlayandan bəri Rusiya Ukrayna ərazisinə 4700-dən çox raket atıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol