• $
  • £

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edib

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edib
22.02.2023 17:37
ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edib. Bu barədə xarici KİV-də məlumat yayılıb.
 
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyalarda MDB ölkələrinə də təsir edəcək.
 
Bildirilir ki, ABŞ, Avropa İttifaqı və digər ölkələrin gələcək sanksiyaları Rusiyanın ikili təyinatlı malların alışı ilə bağlıdır.
 
Buraya soyuducu və ya mikrodalğalı soba kimi cihazların idxalı da daxildir.
 
"Hazırda sanksiyalara baxmayaraq, Rusiya hakimiyyəti paralel idxal deyilən yolla özlərinə lazım olan istənilən məhsulu ala bilir və bir çox MDB ölkələri bu prosesdə fəal iştirak edir", - məlumatda qeyd olunub.
 
Daha əvvəl ABŞ-ın planlaşdırdığı yeni sanksiyalar Rusiyada təxminən 200 hüquqi və fiziki şəxsi əhatə edəcəyi bildirilib.

ABŞ-ın sanksiya siyahısına qubernatorlar və Rusiya rəsmilərinin ailə üzvləri daxil ediləcək.

Bundan əlavə, hərbi-sənaye kompleksinə daxil olan şirkətlərə, müəssisələrə, firmalara, həmçinin sanksiyalardan yayınmada iştirak etdiyi iddia edilən şəbəkələrə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.
 
Azərbaycan da MDB üzvüdür və sanksiyaların dolayı olaraq təsirinə məruz qala bilər.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol