• $
  • £

BMT Məhkəməsi Bakını Laçın dəhlizi boyunca sərbəst hərəkəti təmin etməyə çağırıb

BMT Məhkəməsi Bakını Laçın dəhlizi boyunca sərbəst hərəkəti təmin etməyə çağırıb
22.02.2023 21:20
 Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 21-də açıqladığı qərarda deyilir.

Ermənistan 2021-ci il sentyabrında İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başlayıb.

İddia Azərbaycanı 2020-ci ilin sentyabrında münaqişə zamanı gündəmə gələn onilliklər boyu irqi ayrı-seçkilikdə ittiham edir.

Azərbaycan həmin il sentyabrın 23-də Ermənistanın regionda azərbaycanlılara milli və etnik mənsubiyyətinə görə ayrı-seçkilik törətdiyini və törətməkdə davam etdiyini iddia edərək, əks iddia qaldırıb.

Əvvəlki prosesdə hər iki tərəf proses ərzində tərəflər arasında gərginliyin artmasının qarşısını almaq üçün məhkəmə tərəfindən müəyyən edilən müvəqqəti tədbirlərin tətbiq edilməsini tələb ediblər. Bu tələblər qismən yerinə yetirilib.
 
Fevralın 18-də Münhendə panel görüşündə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş Nazirinin "Laçın yolu blokdadadır" çıxışına cavab olaraq bildirib ki, Laçın dəhlizində heç bir blokada yoxdur.Orada humanitar yardımların və sadə vətəndaşların giriş-çıxışına tam sərbəst imkanlar yaradılır.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol