• $
  • £

Türkiyədə zəlzələdən sonra kimsəsiz qalan uşaqların sayı açıqlanıb - RƏSMİ

Türkiyədə zəlzələdən sonra kimsəsiz qalan uşaqların sayı açıqlanıb - RƏSMİ
23.02.2023 10:08
Türkiyədə  baş vermiş güclü zəlzələlərdən sonra dağıntılardan 1874 kimsəsiz uşaq çıxarılıb. Bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tapılan uşaqlardan 1353 nəfəri ailələrinə təhvil verilib.
 
Məlumata görə, 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.

Hazırda xəsarət alan 422 uşaq müalicə müəssisələrində müalicə alır.

Uşaqlardan 1 768-nin şəxsiyyəti bilinsə də, onlardan 106-nın şəxsiyyəti müəyyən edilməyib.
 
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələlərdə 43556 nəfər həlak olub. Güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.

Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.

Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Hələbdə 6 nəfər yaralanıb.

BMT-nin sözçüsü Stefan Dejarrik bildirib ki, hazırda BMT-nin Suriyaya daxil olması üçün tam fəaliyyət göstərən üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.
 
Onun sözlərinə görə, BMT hazırda Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan ərazilərə 227 yük maşını göndərib və bildirib ki, hər üç sərhəd-keçid məntəqəsinə daha çox yük maşını göndərmək üçün hazırlıqlar gedir.

Bazar ertəsi Ərdoğan Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşüb. Blinken bir gün əvvəl ABŞ-ın Türkiyə və Suriyaya 100 milyon dollarlıq əlavə yardım vəd etdiyini açıqlayıb.

Yeni yardım ABŞ-ın ümumi yardımını 185 milyon dollara çatdırır ki, bu yardım xilasetmə və bərpa işlərində iştirak etmiş beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol