• $
  • £

Ermənistan mətbuatı Paşinyan və xanımını məşhur kriminal cütlüyünə bənzətdi

Ermənistan mətbuatı Paşinyan və xanımını məşhur kriminal cütlüyünə bənzətdi
23.02.2023 13:57
Ermənistanın 7or.am saytı Ermənistanın baş naziri olan Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın davranışlarını məşhur kriminal duetinin qəhrəmanları Bonnie və Clyde bənzədib.
 
Sayt yazır ki, Paşinyan və Anna kriminal dueti kimi biri vurur, digəri qaçır. Biri tutur, digəri oğurlayır.
 
"Hazırkı mərhələdə Anna Akopyan  "nə olursa olsun” şifrəsi ilə "Sülh içində yaşamaq üçün Qarabağdan əl çəkək, türklərlə qardaşlaşaq” tezisinin təbliğatını öz üzərinə götürüb. Nikol Paşinyan konkret danışıqlar aparır. Ona Rusiyanın regiondan çıxarılmasına və İrana qarşı prosesin həyata keçirilməsinə şərait yaratmaq vəzifəsi həvalə olunub. Bunun müqabilində ona şəxsi təhlükəsizlik və bu ərazidə hakimiyyətinin qorunub saxlanacağı vəd edilib", - yazıda qeyd olunub.
 
Yazının müəllifi Hayk Usuntsdur. Müəllifin fikrincə Paşinyan bu plana razılıq verərək artıq işə başlayıb.
 
" Rusiya faktorunu neytrallaşdırmaq və anti-İran proseslərini həyata keçirmək üçün açar Xankəndindədir. Əgər Qarabağ Azərbaycan ərazisi kimi tanınırsa, o zaman rus sülhməramlılarının orada olması avtomatik olaraq sual altına düşür. 2022-ci il oktyabrın 6-da Praqada Nikol Paşinyan buna rəsmi razılıq verib. O, Münhendə ABŞ dövlət katibi Blinkenin iştirakı ilə razılığını da təsdiqləyib”, - sayt bildirib.
 
Ermənistanlı jurnalist yazır ki, Nikol Qarabağda Rusiya faktorunu neytrallaşdırdıqdan sonra "Rusiyanın Gümrüdəki hərbi bazası – Ermənistanın təhlükəsizliyinə təhdid” planını həyata keçirməli olacaq. Bu da öz növbəsində Ermənistan və Qarabağın Türkiyə-Azərbaycan tandemi tərəfindən tutulmasına gətirib çıxaracaq. Nikol bunu yaxşı bilir, lakin yuxarıda qeyd etdiyimiz kimi, o, bu plana - hakimiyyətdə olduğu müddətdə qənimətini xilas etmək üçün razılaşıb. Bu zaman Anna Hakobyan "yaxşı yaşamaq üçün təslim olacağıq” və digər bu kimi şeyləri xatırlamalı olacaq. Bonnie və Clyde eyni şeyi etdilər”, - müəllif qeyd edib.
 
Gülnar 

  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol