Türkiyə edilən yardımların həcmi açıqlanıb
Türkiyə Xarici İşlər Nazirliyi ölkəyə çatdırılan humanitar yardımla bağlı son məlumatları paylaşıb.
Sənədə əsasən, 19 ölkə zəlzələ zonalarında 22 səhra xəstəxanası yaradıb. Bu günə qədər Türkiyəyə 9015 çadır, 167 yerləşdirmə konteyneri və 999 səyyar gigiyena qurğusu gətirilib.
XİN-dən bildirilib ki, zəlzələdən zərərçəkənlərə yardım çərçivəsində 1 344 234 adyal, 196 538 yataq kisəsi, 74 750 çarpayı, 26 622 generator, 5 722 ton geyim, 3 065 ton gigiyena vasitələri və dərman preparatları, 78 min ton ərzaq malları verilib.
Fevralın 6-da Türkiyədə iki dəfə 7.6 və 7.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin 11 vilayətində dağıntılara səbəb olub. Nəticədə 42 mindən çox həyatını itirib, 108 mindən çox insan yaralanıb.
BMT baş katibi Türkiyədə baş verən zəlzələni "əsrin fəlakətlərin biri" adlandırıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox