Rusiyanın bir ildə Ukraynaya atdığı raketlərin sayı açıqlanıb
Rusiya bir il ərzində Ukraynaya 5 minə yaxın raket atıb. Bu barədə Ukrayna KİV-də məlumat yayılıb.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukrayna ərazisinə 1100 dəfə zərbə endiriblər.
Fevralın 24-də müharibənin il dönümü ilə əlaqədar Rusiya Ukrayna ərazisinə kütləvi raket hücumu edə bilər. Bu barədə Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak "Klimenko Time” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna hava hücumundan müdafiə sistemlərini yükləmək üçün hava şarları buraxacaq.
Podolyak bir müddət əvvəl Ukraynanın Rusiya ərazisinə zərbə endirmədiyini, Kiyevin isə müdafiə üçün Qərbin verdiyi silahlardan istifadə etdiyini bildirib.
Daha əvvəl Ukraynanın müdafiə naziri Oleksi Reznikov Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığını bildirib və bunun 24 fevral tarixində başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Ukraynalı nazirin sözlərinə görə, Moskva artıq minlərlə qoşun toplayıb və ötən il başlatdığı işğalın ildönümündə nəsə etməyə çalışdığını bildirib.
Hücum Rusiyanın 23 fevralda qeyd etdiyi rəsmi bayramda – Vətənin Müdafiəsi Günündə də "reallaşa bilər”.
Almaniya, ABŞ və Böyük Britaniya Ukraynaya tank göndərilməsinə razılıq verdikdən sonra rəsmi Kiyev döyüş təyyarələrinin də göndərilməsi barədə təkrar müraciət edib.
Reznikov bildirib ki, Moskva mümkün hücum üçün 500 minlik qoşun toplayıb.

Rusiya ilə Ukrayna arasında müharibə2022-ci ilin fevralın 24-də başlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox