Rusiya Ukraynanın Berxovka məntəqəsini işğal edib
Rusiya Ukraynanın Donetsk vilayətinin Berxovka kəndini öz nəzarətinə keçirib. Bu barədə "Vaqner" hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin bildirib.
Məlumata görə, Baxmutdan 7 km şimalda yerləşən Berxovka kəndi hazırda tamamilə Rusiyanın nəzarəti altındadır.
"Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Kuzemovka və Dibrova, Donetsk vilayətinin Fedorovka, Yaqodnoye, Berxovka, Baxmut və Kurdyumovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”, - məlumatda deyilir.
Baxmutun şimal-qərb hüdudlarının yaxınlığında Yaqodnoye adlı kiçik bir qəsəbə var. Ondan bir qədər uzaqda isə Berxovka yerləşir. Şimal və şimal-qərbdən Baxmuta gedən yolların qovşağında yerləşən Paraskoveyevka kəndinin tutulması barədə ötən həftə Rusiya mənbələri məlumat yaymışdı.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox