• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Azərbaycanın bank sektorunun aktivləri artıb

Azərbaycanın bank sektorunun aktivləri artıb
24.02.2023 11:42
Azərbaycanın bank sektorunun aktivləri 2023-cü ilin fevralın 1-nə 45 milyard 861,9 milyon manat təşkil edib, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bildirilir ki, bankların aktivlərinin 18 milyard 509,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.
 
Son 1 ildə sektorun kredit portfeli 18,4 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 40,4 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 22 % artaraq 40 milyard 200,2 milyon manata, o cümlədən depozit portfeli 22,3 % artaraq 32 milyard 968,8 milyon manata çatıb. Bunun 11 milyard 686,8 milyon manatı fiziki, 21 milyard 282 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 23,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 21,6 % artıb.
 
Bankların öhdəlikləri 41 milyard 432,8 milyon manata (artım 23,7%) bərabərdir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 217 milyon manat (32% azalma) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 762,56 milyon manat (artım 25,3 faiz), o cümlədən əhalinin əmanətləri 11 milyard 482,95 milyon manat (artım 27,1 faiz) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ildə bankların ümumi xalis mənfəəti 914,47 milyon manat təşkil edib (2021-ci illə müqayisədə 50,2% artım).

Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 738,8 milyon manat (artım 30 faiz), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 194,4 milyon manat (artım 28,5 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,97 milyon manat (artım 38,8%) olub.

Bankların faiz xərcləri 657,8 milyon manat (artım 22,2%), o cümlədən depozitlər 458,98 milyon manat (artım 26,7%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 885,2 milyon manat (artım 28,2%), əməliyyat mənfəəti 1 milyard 371,35 milyon manat (artım 45,5%) olub. 

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 175,96 milyon manat (artım 1,5 dəfə), mənfəət vergisi ödənişləri 261,48 milyon manat (artım 57,9%) səviyyəsində qiymətləndirilir.

31 dekabr 2022-ci il tarixinə Azərbaycanda 25 bank, o cümlədən 11 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 487 filialı (2021-ci ilin sonuna nisbətən 1,7% artım) və 91 şöbəsi (2021-ci ilin sonunda 97) var.

Azərbaycanın bank sektorunda 22 777 nəfər çalışır (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 12% artım).

Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
İqtisadiyyat 15:25
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
İqtisadiyyat 15:00
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İqtisadiyyat 14:58
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
İqtisadiyyat 14:50
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İqtisadiyyat 14:37
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
İqtisadiyyat 14:02
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol