ABŞ Ukraynaya yeni hərbi yardm paketi göndərəcək
ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardm paketini yardımı edəcəyini açıqlayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.
Yardım paketinə HIMARS döyüş sursatları və PUA-lar daxildir.
Bildirilir ki, silahlar birbaşa istehsalçılardan sifariş olunacaq.
ABŞ Ukraynaya vəd etdiyi dəstəyin həcminə görə ilk yeri tutur.
Birləşmiş Ştatlar il ərzində Kiyevə ümumilikdə 73,1 milyard avroluq yardım göstərməyi öhdəsinə götürüb.
Məlumata görə, Avropa İttifaqı ölkələrinin vəd etdiyi yardım isə 54,9 milyard avrodur. Tədqiqatçılar Qərbin Kiyevə maliyyə və hərbi dəstəyinin artmasına baxmayaraq, humanitar yardımın həcminin dəyişmədiyini bildiriblər.
Dünya İqtisadiyyatı İnstitutu Ukraynada müharibənin başladığı fevralın 24-dən bəri Kiyevə vəd edilən hərbi, maliyyə və humanitar yardımın qeydiyyatını aparır. Ekspertlər 40 dövlətin, xüsusən Avropa İttifaqı və Yeddilər qrupu ölkələrinin, Avstraliya, Yeni Zelandiya, Norveç, Türkiyə, İsveçrə və Cənubi Koreyanın, həmçinin Aİ institutlarının öhdəliklərinə dair statistik məlumatlar toplayır. Fərdi ianələr statistikaya daxil edilmir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox