Niderlandın 13 deputatı Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb
Hollandiya parlamentinin 13 deputatı ölkənin xarici işlər nazirinə Azərbaycan tərəfindən Laçın dəhlizinin açılması və Xankəndinə giriş-çıxışın bərpası istiqamətində addımların atılması üçün müraciət edib. Bu barədə Niderland Erməni Təşkilatları Federasiyasının hesabatında deyilir.
Fevralın 23-də Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuata açıqlamasında bildirib ki, Beynəlxalq Ədlaət Məhkəməsində Ermənistanın "Azərbaycan saxta aksiya keçirir" iddiası ləğv olunub.
"Beynəlxalq Məhkəməyə müraciət edən Ermənistan bunun süni təşkil olunmasını subut etməyə çalışırdı. Onların iddiasına qarşılıq olaraq Azərbaycan tərəfindən ekofəalların adları, foto-video sübutlar təqdim olundu. Məhkəmənin dünənki qərarında Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”, - Məmmədov deyib.
Fevralın 22-də Beynəlxalq Məhkəmə qərar verib ki, Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.
Fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyev Münhen görüşündə panel çıxışı zamanı bir daha vurulayıb ki, Laçın dəhlizi humanitar yardımların və sadə vətəndaşların giriş-çıxışı üçün açıqdır.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi də azərbaycanlı ekoloqlara cavab olaraq iki etiraz aksiyası təşkil ediblər. Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox