• $
  • £

Azərbaycanlı cüdoçu karyerasını başa vurub

Azərbaycanlı cüdoçu karyerasını başa vurub
27.02.2023 22:00
Azərbaycanın tanınmış cüdoçusu Elmar Qasımov peşəkar karyerasını başa vurub.
 
33 yaşlı idmançı bu barədə Azərbaycan Cüdo Federasiyasını məlumatlandırıb.

100 kq çəki dərəcəsində çıxış edən Qasımov cüdonun onun həyatında mühüm rol oynadığını bildirib: "Karyeram boyu hər zaman Möhtərəm Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərim Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm".

 Elmar Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu "Masters” turnirinin qalibi olmaqla yanaşı, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol