ABŞ Ukrayna münaqişəsinə görə neft bazarına nəzarəti ələ keçirə bilməyəcək

ABŞ Ukraynadakı münaqişə səbəbindən neft bazarına nəzarəti ələ keçirə bilməyəcək. Bu barədə "Əl-Eqtisadiya” nəşri yazıb.
Nəşrin yazdığına görə, ABŞ dünya bazarında qiymətləri saxlayan strateji ehtiyatından neft satmaqda davam edir, lakin eyni zamanda öz ehtiyatları kəskin şəkildə azalıb.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ hakimiyyəti yanacağın birja qiymətlərini sabitləşdirmək üçün ölkənin öz strateji ehtiyatlarından daha 26 milyon barel neft satmağı planlaşdırır. Bloomberg mənbələrə istinadən xəbər verir ki, bu tədbirin cari ilin aprelindən iyun ayına kimi həyata keçirilməsi planlaşdırılır.
Bu tədbirin həyata keçirilməsindən sonra ABŞ-ın strateji neft ehtiyatlarının ümumi həcminin 714 milyon barrel ümumi anbar tutumu ilə 371,5 milyon bareldən 345 milyon barrelə qədər azalacağı gözlənilir.
www.anews.az

Eyni zamanda, birja treyderləri artıq ABŞ hakimiyyətinin müxtəlif növ xammalın bazar kotirovkalarını bir qədər azaldaraq, bazara əlavə həcmdə neft göndərmək planlarına reaksiya veriblər, nəşrin məlumatında deyilir.
Gülnar
www.anews.az