Rusiya Polşaya neft nəqlini dayandırıb
Rusiyanın "Transneft” şirkəti Polşaya neft nəqlini dayandırıb. Bu barədə TASS agentliyinə "Transneft”in rəsmi nümayəndəsi İqor Demin bildirib.
Bildirilib ki, Polşaya xammalın cəmi 10 faizi Rusiyadan gəlirdi və onu başqa mənbələrlə əvəz ediləcək.
Şirkət fevralın sonunda Polşanın neft emalı zavodlarına neft göndərməli idi, ancaq sifarişlər verilməyib və vəsaitlər ödənilməyib.
"Drujba” boru kəmərinin operatorlarından biri "Transneft” Rusiya Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş ixrac cədvəli əsasında xaricə neft nəql edir.
Məlumata görə, ölkəyə neft tədarükünə dair daha ətraflı məlumat çərşənbə axşamı, fevralın 28-də inkişaf layihələri ilə bağlı keçiriləcək konfransda ictimaiyyətə açıqlanacaq.
Yanvarda şirkət onu ayda 300 min ton neftlə təmin edən "Rosneft”lə müqaviləni yeniləməyib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox