Ukrayna Rusiyanın 60-dan çox hücumunu dəf edib - Baş Qərargah
Ötən sutka ərzində ukraynalılar beş istiqamətdə Rusiyanın 60-dan çox hücumunu dəf edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
"Rusiya Federasiyası əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəldir. Ötən sutka ərzində əsgərlərimiz bu istiqamətlərdə düşmənin 60-dan çox hücumunu dəf edib", - Silahlı Qüvvələrin Baş Qərargahı əlavə edib.
Eyni zamanda Rusiya 8 raket və 32 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 85 hücum təşkil edib.
Bununla da Ukrayna Silahlı Qüvvələrinin aviasiyası dünən Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə dörd zərbə endirib. Raket qoşunlarının bölmələri və artilleriya bölmələri komanda məntəqəsini dağıdıb, Rusiya canlı qüvvəsinin cəmləşdiyi bir ərazini və hava hücumundan müdafiə mövqeyini vurub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox