ABB-nin Zaqatala filialı yeni ofisində xidmətə başladı
ABB filiallarını yeniləyərək xidmət şəbəkəsinin inkişafını davam etdirir. Bankın Zaqatala filialı da yeni ünvanda, ABB-nin müasir konseptinə uyğun qurulmuş binada müştərilər üçün əlçatandır. Bankın Zaqatala filialı Zaqatala şəhəri, Vidadi küçəsi - 28a ünvanında müştərilərə xidmət göstərir.
Burada ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Zaqatala filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
www.anews.az