Ukraynanın itirdiyi PUA-ların sayı açıqlanıb
Rusiya 5 ay ərzində Ukraynada 650-yə yaxın raket və eyni sayda kamikadze pilotsuz təyyarəsini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat "Yedini Novıni” milli telemarafonunun efirində bildirib.
"Sentyabrın 11-dən, infrastrukturu vurmağa başlayandan bəri Rusiya Federasiyası sadəcə vurulmaqla 650-yə yaxın qanadlı raketi və 650-yə yaxın İran kamikadze pilotsuz təyyarəsini itirib",- Yuri İqnat vurğulayıb.
İqnat əlavə edib ki, söhbət yüksək dəqiqlikli silahlardan - "İskəndərlər”, "Kalibri” və Kh-101-dən gedir. Onun sözlərinə görə, Rusiya hələ də bu raketləri istehsal edə bilər, lakin istehsalın həcmi xərcləri ödəyə bilmir.
Ukrayna Silahlı Qüvvələr artıq 149 240 rus qoşnunu məhv edib.
Eyni zamanda İqnat vurğulayıb ki, hazırda rusların əlində sovet S-300 raketləri var. Onlar nasazlıq üzündən hədəfə çata bilməsələr də, Rusiyada onların sayı çoxdur, ona görə də cəbhə bölgələri hücuma məruz qalır.
Ötən sutka ərzində Ukraynanın şərqində Rusiyanın 60-dan çox hücumunu dəf edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox