NATO indiyədək Ukraynaya 120 milyard avro yardım edib
NATO müttəfiqləri son bir ildə Ukraynaya 120 milyard dollar yardım göstərib. Bunu NATO Baş katibinin müavini Mirça Ceona deyib.
Onun sözlərinə görə, müttəfiqlər arasında ABŞ ən böyük tək töhfə verən ölkə olsa da, Avropanın NATO Müttəfiqləri və Kanada ümumi yardımın yarıdan çoxunu təmin ediblər.
O, müttəfiq ölkələrin Kiyevə yardımının bundan sonra da davam edəcəyini bildirib.
"Avropalılar həmçinin Ukraynadan gələn qaçqınlara qapı açıblar, Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edilib, Rusiya qazından və Rusiya neftindən imtina edilib”, o deyib.
Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox