İstanbuldan 1,5 milyon ev köçürüləcək
Türkiyə baş verən güclü zəlzələ səbəbindən İstanbulda uçmaq təhlükəsi ilə üzləşən 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Bu barədə "Yeni Sabah"-a
www.anews.az
Türkiyə ekologiya və şəhərsalma naziri Murat Kurum məlumat verib.
"İstanbulda 1,5 milyon evin sakinlərini həm Anadolu, həm də Avropa hissəsində iki xüsusi qorunan zonaya köçürəcəyik. Yeni zəlzələlər zamanı sənaye zonalarında binaların gücləndirilməsi də nəzərdə tutulur”, - o bildirib.
45 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.
Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.
Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox