• $
  • £

Əliyev Jelka Tsviyanoviç ilə görüşüb - Yenilənib

Əliyev Jelka Tsviyanoviç ilə görüşüb - Yenilənib
01.03.2023 12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.

Dövlət başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirdi, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını dedi.


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından məmnunluğunu bildirdi, Bakının gözəlliyinin onu heyran etdiyini dedi. Qonaq münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd etdi, COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.


Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etdi.


Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edildi. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirildi.


Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulandı.


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.


Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul etdi.
 
 
11:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol