Rusiyada xarici messencerlərdən istifadə qadağan edilib
Rusiya təşkilatlarına bəzi sosial şəbəkələrdən istifadə etmək qadağan edilib. TASS-ın xəbərinə görə, bunu Roskomnadzorun (RKN) mətbuat xidməti çərşənbə günü bildirib.
www.anews.az
Məlumata görə, xarici xidmətlərdən bura Telegram, WhatsApp, Viber və Discord xidmətləri daxildir.
Nazirlik "İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” qanuna 2022-ci ildə qəbul edilmiş dəyişikliklərin qüvvəyə mindiyini xatırladıb.
"İndi Rusiyada bir sıra təşkilatlara xidmətlər göstərərkən ödəniş sənədləri və şəxsi məlumatların ötürülməsi üçün xarici messencerlərdən istifadə qadağandır",- nazirlik bildirib.
Martın 1-dən dövlət xidmətlərinin göstərilməsi və ya dövlət tapşırığının icrası zamanı şəxsi məlumatların xarici ani messencerlər vasitəsilə ötürülməsini qadağan edən qanun qüvvəyə minib. "İnformasiya, informasiya texnologiyaları və informasiyadan mühafizə haqqında” qanuna dövlət xidmətləri göstərərkən rusiyalıların şəxsi məlumatlarını və ya pul köçürmələri haqqında məlumatları özündə əks etdirən məlumatların verilməsi və ya ödəniş sənədlərinin ötürülməsi üçün xarici messencerlərdən istifadəni qadağan edən norma əlavə edilib. Dövlət və ya bələdiyyə tapşırıqlarını yerinə yetirmək, oxşar qadağa dövlətin iştirak etdiyi şirkətlərə və maliyyə institutlarına da şamil edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox