• $
  • £

Ermənistan 2022-ci ildə Türkiyəyə 2021-ci ilə nisbətən çox mal ixrac edib

Ermənistan 2022-ci ildə Türkiyəyə 2021-ci ilə nisbətən çox mal ixrac edib
02.03.2023 17:43
Ermənistan və Türkiyə 2022-ci ildə 324,5 milyon dollar ticarət edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (73,5 milyon dollar) 4,4 dəfə çoxdur. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. 

Bildirilib ki, Türkiyə mallarının Ermənistan idxalına qoyulan qadağanın aradan qaldırılması idxal və ixraca müsbət təsir göstərib.

2022-ci ildə Ermənistandan Türkiyəyə ixrac 139 dəfə artaraq 61,2 milyon dollar (2021-ci ildə 0,44 milyon dollar), Türkiyə mallarının idxalı isə 3,6 dəfə artıb. Ötən il Ermənistana 263,3 milyon dollar dəyərində Türkiyə məhsulları idxal edilibsə, 2021-ci ildə (embarqo olanda) bu rəqəm 73 milyon dollar olub.

Türkiyə məhsullarına embarqo 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu, ölkələr arasında ticarətə mənfi təsir göstərib. Belə ki, 2021-ci ildə ticarət dövriyyəsi 68,3% azalaraq 2020-ci ildəki 231,5 milyon dollar əvəzinə 73,5 milyon dollar həddinə çatıb.

2021-ci ildə embarqo zamanı Ermənistana Türkiyədən emal üçün xammal və məhsul idxal etməyə rəsmən icazə verilib. Bunlar tikinti materialları, trikotaj və pambıq parçalar, təbii dəridir. Eyni zamanda, yüksək gömrük rüsumları olan mallar idxal edilməyib. İqtisadiyyat Nazirliyi türk mənşəli malların idxalının müəyyən həcmlərinin qorunub saxlanmasını qiymət baxımından daha sərfəli olması, üstəlik coğrafiyanın da mühüm rol oynaması (uzaq ölkələrdən mal gətirmək kifayət qədər baha başa gəlir) ilə izah edib.

2022-ci ildə Türkiyə mallarının idxalına gəlincə, sorğuda Ermənistanın ən çox alüminium fitinqlər və künclər, sitrus meyvələri (təzə və ya qurudulmuş), trikotaj məmulatları (qadınlar və kişilər üçün kostyum, gödəkçə, blazer, paltar, yubka və oxşar geyimlər) aldığı izah edilib.

Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol