• $
  • £

Olimpiya çempionu Kostomarov tədricən sağalır, irəliləyişlər var

Olimpiya çempionu Kostomarov tədricən sağalır, irəliləyişlər var
02.03.2023 21:53
Buz rəqsi üzrə 2006-cı il Olimpiya çempionu Roman Kostomarov tədricən sağalır, vəziyyəti yaxşılaşıb. Bu barədə "İzvestiya” məlumat yayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, idmançı bir neçə plazmaferez prosedurundan - qanın təmizlənməsindən keçib. Qeyd olunur ki, bir həftə əvvəl həkimlər skaterin ikinci insult keçirdikdən sonra onun şansını 50/50 olaraq qiymətləndiriblər.

Roman Kostomarovun xəstəxanaya yerləşdirilməsi yanvarın 10-da məlum olub. Onun pnevmoniya diaqnozu ilə reanimasiyada olduğu və ağciyərin süni ventilyasiyasında olduğu, vəziyyətinin son dərəcə ağır qiymətləndirilir.


Media skayterin nekroz səbəbindən ayaqlarının, eləcə də barmaqlarının amputasiya edildiyini yazıb. Fevralın 20-də məlum olub ki, Kostomarov ikinci dəfə insult keçirib.

Kostomarov Tatyana Navka ilə duetdə fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu və üçqat Avropa çempionudur. O, həmçinin üçqat Qran Pri Finalının qalibi və üçqat Rusiya Çempionudur. Karyerasını bitirdikdən sonra Kostomarov məşhur "Buz dövrü" televiziya şousunun daimi iştirakçısı idi.

Daha əvvəl Rusiya Federasiyasının idman naziri Oleq Matytsin bildirmişdi ki, təşkilat Roman Kostomarov və onun ailəsinə kömək edəcək.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol