• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Birbank sahibləri fevral ayında 4,4 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri fevral ayında 4,4 milyon manat keşbek əldə ediblər
03.03.2023 10:51
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri fevral ayında bonuslardan ortalama 45 manat pul qazanıblar. 


Fevral ayı ərzində Birbank-lılar ümumilikdə 4,4 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 240 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 235 000 manatdır. Müştərilər qazandıqları keşbekin 90%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 10% artaraq, təqribən 1,6 milyon manat təşkil edib. 


Bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 


Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. 


Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.


Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İqtisadiyyat 14:58
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
İqtisadiyyat 14:50
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İqtisadiyyat 14:37
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
İqtisadiyyat 14:02
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub
İqtisadiyyat 14:50
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub
ABB “Fayda Max”ın ən üstün - “Prime”
mərhələsini təqdim etdi!
İqtisadiyyat 15:15
ABB “Fayda Max”ın ən üstün - “Prime” mərhələsini təqdim etdi!
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
İqtisadiyyat 14:51
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:06
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol