Mirzoyan Borrellə Qarabağdakı son vəziyyətdən danışıb
Martın 3-də Yeni Dehlidə işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşüb.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf fevralın 20-də rəsmən fəaliyyətə başlayan Aİ müşahidəçilərinin mülki missiyasının Ermənistanda yerləşdirilməsinin vacibliyini qeyd edib.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar. Ararat Mirzoyan həmsöhbətinə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələri də təqdim edib.
www.anews.az

Mirzoyan Laçın dəhlizinin açılmasının zərurliyini bildirib.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi də azərbaycanlı ekoloqlara cavab olaraq iki etiraz aksiyası təşkil ediblər. Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox