ABŞ Çinin 28 şirkətini “qara siyahı”ya saldı
ABŞ Çinin 28 şirkətini "qara siyahı”ya salıb. "Reuters”in məlumatına görə, bu barədə ABŞ-ın Ticarət Departamentindən bildirilib.
Siyahıda həmçinin Rusiyanın 9 şirkəti də var.
Rəsmi Vaşinqton bu addımla bağlı artıq müttəfiqlərini məlumatlandırıb.
Şirkətlərin Birləşmiş Ştatların xarici siyasi maraqlarına zidd getdiyi bildirilir.
Məlumata görə, "qara siyahıya”ya salınan Çin şirkətləri ölkədə insan hüquqlarının pozulmasına şərait yaradırlar.
Daha əvvəl Çin Ukraynadakı müharibə ilə bağlı Rusiyaya silah tədarük edərsə, ABŞ bu dövlətə sanksiya tətbiq edəcəyini bildirmişdi. Vaşinqton sanksiyaların tətbiqi ilə bağlı müttəfiqləri ilə, xüsusilə G7 ölkələri ilə məsləhətləşmələrə başlayıb”, - "Reuters"ə adının açıqlanmasını istəməyən diplomat bildirib.
Xəbərdə o da qeyd olunub ki, hələlik ABŞ-ın Çinə konkret hansı sahələr üzrə sanksiyalar tətbiq etməyi planlaşdırdığı bəlli deyil.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox