"Qaraheybət" qəzası şəhidinin adını daşıyan gəmi yola salınıb - FOTOLAR/VİDEO
"Palmali" Holdinqə məxsus olan və "Qaraheybət" poliqonunda təlim uşuşları zamanı baş verən qəzada şəhid olan Xəyyam Əliyevin adını daşıyan gəmi Türkiyədən dünya sularına yola salınıb. Bu barədə şirkətdən məlumat verilib.
Yolasalınma mərasimində şirkətin rəhbəri, iş adamı Mübariz Mənsimov və şəhidin ailə üzvləri iştirak edib.
Şəhidin atası Əlixan Əliyev Mübariz Mənsimova təşəkkür edərək bildirib ki, o dövrün Hacı Zeynəlabdin Tağıyevidir.
2022-ci ilin əvvəlində "Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, "Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə "Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.
2023-cü ildə də "Palmali” donanmasına daxil olacaq yeni gəmilərə şəhidlərin adları veriləcək. Bunlar "Sabuhi Ahmadov”, Elvin Safarov”, "Vusal Maharramov”, "Babak Mahmudlu”, "Mukhtar Gasımlı”, "Royad Mammadov”, "Karabakh Heroes”, yəni "Qarabağ qəhrəmanları” gəmiləri olacaq.

2021-ci il 30 noyabrda saat 10:40 radələrində DSX-nin hərbi helikopteri "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Qəza nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Gülnar Nazimqızı
www.anews.az