Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.
Müdafiə Nazirliyindən bildirilib ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına başsağlığı verir.