Azərbaycan qeyri-neft ixracını artırıb

2023-cü ilin yanvar-fevralında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 milyon ABŞ dolları təşkil edib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) məlumat yayıb.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur.
Təkcə fevralda Azərbaycandan 366,92 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50% çoxdur.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.
Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvarı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 faizini təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Aytac
www.anews.az