Rusiyanın itkilərinin sayı açıqlanıb
Sn sutkada Ukrayna hərbçiləri Rusiyanın 650 işğalçısını, əllidən çox müxtəlif texnikası məhv edib. Bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumata görə, genişmiqyaslı işğal zamanı rus qoşunlarının şəxsi heyətinin ümumi itkiləri təxminən 153.770 nəfərə çatıb.
Həmçinin, bazar günü ruslar 2 ədəd xüsusi texnikanı və 8 ədəd avtomobil texnikası və tankerini ələ keçiriblər.
2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox