• $
  • £

Azərbaycan Ordusunun bölmələri 34 dəfə atəşə tutulub - Sülh yoxsa təxribata davam...

Azərbaycan Ordusunun bölmələri 34 dəfə atəşə tutulub - Sülh yoxsa təxribata davam...
06.03.2023 17:56
2023-cü il Ermənistan Ordusu Azərbaycan Ordusunun bölmələrini 34 dəfə müxtəlif silahlardan atəşə tutub. Martın 5-də isə Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun 2 hərbiçisi şəhid olub. 
 
Bazar ertəsi Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Onlar görüş zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesini müzakirə ediblər. 
 
Bəs Ermənistan sülh danışıqları prosesində bu tip təxribatları nə üçün törədir?
 
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirir ki, ermənilərin silah daşımasının qarşısı alındığı üçün bu cür təxribatlar həyata keçirirlər.
 
"Bu təxribatlarda silahların daşınması bizim əhehimizə çevrilməsi gözlənilən idi. Şəhid olan hərbçilərimiz bunun qarşısnı almağa çalışıblar. Azərbaycan bu məsələni kiminsə iradəsinə buraxmayacaq ki, başqa bir dövlət gəlib bu tədbirləri reallaşdırsın. Laçın-Xankəndi yolunun alternativi yoxdur. Qarabağda olan ermənilərin hər hansı bir kominikativ əlaqəsi yalnız bu vasitə ilə reallaşa bilirdi.  İndiki halda mənzərə budur ki, yolun bağlı olmasından  şikayət edənlər bu vasitələrdən istifafə edirlər. Bildirilir ki, təxribat törədənlər polislər olub və "Kalaşnikov" avtomatlarından istifadə olunub. Bildiyim qədər bütün polislərdə o silahdan var. Belə çıxır ki, Xankəndində bütün insanları silahlandırıblar? Sülhə gəlmək istəyən şəxsi  bu cür terrorlaşdırsınlar. Bununla da sülhün təhlükəsizliyə zərbə vursunlar. Düşünürəm ki, danışıqlar üzrə problem həll olunmalıdır. Belə hallar onlara daha çox təhlükə gətirir", deputat əlavə edib.

Siyasi şərhçi Aqşin Kərimov deyir ki, Ermənistan problemlər yaratmaqla Azərbaycanın maksimal məqsədləri qarşısında sədd çəkməyə cəhd edir.

"Erməni təxribatları təkcə Qarabağ zonasında deyil, Şərqi Zəngəzurdan Ermənistanın içərilərinə doğru açılan coğrafiyada da baş verir. 10 Noyabr Bəyanatının iki bəndi – 4-cü və 9-cu bəndləri icra edilməmiş qalır. Ermənistan problemlər yaratmaqla Azərbaycanın maksimal məqsədləri qarşısında sədd çəkməyə cəhd edir. Azərbaycan Qarabağ zonasındakı mübahisəli məsələlərin həllini daxili təhlükəsizlik qayğıları kontekstində inkişaf etdirir və bu istiqamətdə üstün mövqelərə çıxır. Qarabağdakı ermənilərin hüquqları mövzusu Ermənistanın konsepsiyasından çıxarılır, lakin böyük güclər həmin faktorla manipulyasiya etdikcə İrəvan da ruhlanır. Ancaq İrəvan anlamır ki, bu, Ermənistana dəstək məqsədilə yox, sadəcə Qarabağ məsələsi üzərindən güclü təsir rıçaqları qazanmaqdan ötrü həyata keçirilir. Ermənistan hər iki məsələdə Qərbə daha çox bel bağlayır, düşünür ki, sərhəddəki insidentlərə görə Azərbaycanı təqsirləndirib Avropa İttifaqı missiyasını nəyəsə inandıracaq. Qarabağdakı insidentləri isə Qərbin qabartdığı insan hüquqları mövzusunun daxilində tutaraq  Qərbi ermənilərə qarşı "blokada” kimi həyata keçirilən akt kimi qələmə verəcək.  İkinci tərəfdən, İrəvan özünün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədə gəlişinə hələ də ümidini dəfn etməyib. Beləliklə, Ermənistan sərhəddəki gərginliyi əsas gətirib, Aİ-nin etibarlı rol oynamadığını Moskvaya göstərib, KTMT qüvvələrinin sərhəddə bərqərar olmasını hədəfləyə bilər", - ekspert vurğulayıb. 

Kərimovun sözlərinə görə Qarabağdakı provakasiyalar dolayı və ya birbaşa sərhədlə bağlı Azərbaycanın taktiki və strateji xətlərini gücləndirməyə sövq etməlidir. 

"Ən azından Azərbaycan Qarabağa silah daşınmasının qarşısını almaqdan ötrü, Laçın-Xankəndi yolunda postlar quraşdırmalıdır. Azərbaycan Qarabağdakı son insidentdən sonra "nəzarət postları quraşdırmaq mütləq zərurətə çevrilir” fikirlərini danışıqlarda səsləndirəcək. Rusiya Azərbaycanla münasibətlərin xarakterini nəzərə alıb, Bakının tələbləri ilə razılaşmaq məcburiyyətindədir. Sərhəddəki insidentlərə gəlincə, bir məsələyə də vurğu etmək istərdim. Rusiya Avropa İttifaqı Monitorinq Qrupunun Ermənistana gəlməsindən qıcıqlanır.  Məntiqlə, sərhəddəki son hadisələrdə də Rusiyanın barmağı ola bilər, bu mənada ki, Aİ-nin missiyasının mənasız olduğunu göstərsin", - siyasi şərhçi qeyd edib. 
 
Millət vəkili Azay Quliyev hesab edir ki,  Ermənistan tərəfindən 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Qarabağa silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınması bir daha onu göstərir ki, bu, ölkə əvvəlki kimi agressiv siyasətindən əl çəkmək istəmir.
 
 
"Silah göndərməyə davam edən Ermənistan sülh danışıqlarını vaxt qazanmaq üçün istifadə etdiyinə şübhə yeri qoymur. Qarabağda hələ də minlərlə qanunsuz erməni silahlı dəstələri mövcuddur və bu başıpozuq silahlılar Rusiya sülhməramlılarının gözü önündə özləri üçün döyüş movqeləri düzəldir, Azərbaycanın suveren ərazisində terror hadisələri törədir və ordumuzun hərbi qulluqçularını şəhid edirlər. Belə acınacaqlı vəziyyətlə barışmaq mümkün deyil.
İctimaiyyəti ən çox narahat edən məsələlərdən biri də budur ki, Laçın yolunda dinc aksiyaya dərhal və eyni zamanda sərt reaksiya verən, Qarabağda "blokadadan”  "humanitar fəlakətdən” dəm vuran ABŞ, Avropa İttifaqı, Rusiya və o cümlədən beynəlxalq təşkilatlar Ermənistanın bu cür təxribatçı fəaliyyətinə heç bir münasibət bildirmir, qanunsuz silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını, silah və sursatın ərazilərimizə daşınmasına son qoymasını Ermənistandan tələb etmir", - deputat vurğulayıb. 
 
Deputat deyir ki, baş verənlər sonucunda Azərbaycan məcbur olacaq ki,  özü Qarabağda qanunsuz əməllərə son qoysun, 10 noyabr Üçtərfli Bəyanatın tələbinə uyğun olaraq qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını təmin etsin, Laçın yolunda bütün keçidlərdə  nəzarət buraxılış məntəqələri quraşdırsın.
 
"Bundan sonra heç kimin niyə bunları etdin deyə Azərbaycana irad bildirməyə haqqı yoxdur. Mən Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşdırılmasında özlərini moderator kimi  görən Avropa İttifaqına, Rusiyaya və ABŞ-a xitabən demək istəyirəm ki, əgər, onlar həqiqətən, Cənubi Qafqazda sülh və barış istəyirlərsə Ermənistanı cinayətkar əməllərinə görə açıq şəkildə qınamalı və Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq istiqamətində atdığı və atacağı addımalrı dəstəkləməlidirlər", - Quliyev vurğulayıb. 


2023-cü ilin fevralın 16-da Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdırdığını və onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərdiyini bəyan edib.

Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə fevralın 18-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər.
 
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsinin bəzi bəndləri üzrə konsensus əldə ediblər. 
 
Fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda rəsmi səfərdə olub. Səfər zamanı nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla sülh müqaviləsi üzrə danışıqlar aparıb. 
 
Ceyhun Bayramov Ermənistanı sülh danışıqlarından yayındığını bildirib və Ermənistanı bir daha sülh müqaviləsi imzalaması üçün masaya dəvət edib. 
 
Martın 3-də isə Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Yenli Dehlidə səfəri zamanı görüşüb. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini müzakirə edib. 
 
Martın 6-da pprezident İlham Əliyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə  xüsusi nümayəndədi Toivo Klaarı və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Prezident hər iki nümayəndə ilə Qarabağda sülh məsələri haqqında danışaraq hər iki nümayəndəyə təşəkkürünü bildirib. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol