Ermənistanda qızılcaya yoluxma halları artıb
Ermənistanda qızılcaya yoluxanların sayı 29-a çatıb. "Sputnik Armenia" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
www.anews.az
Bildirilib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib,7 nəfər artıq evə buraxılıb.
Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.
ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.
2019-cü ilin iyulundan başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. "Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün, 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox