• $
  • £

Rusiyanın itkilərinin sayı açıqlanıb

Rusiyanın itkilərinin sayı açıqlanıb
07.03.2023 11:00
Son sutkada Ukrayna əsgərləri Rusiyanın 140-dan çox hücumunu dəf edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Məlumata görə, Ruslar əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirib.

Son sutka ərzində yalnız Dubovo-Vasilyevka kəndi yaxınlığında Rusiya 37 hücum həyata keçirib. 11-dən çox yaşayış məntəqəsini, o cümlədən Avdeevka, Pervomayskoye, Maryinka, Uqledarı atəşə tutub.
 
Baş Qərargahın məlumatına görə, Rusiya Zaporojye və Xerson istiqamətlərində müdafiəyə keçib. Çerniqov, Sumı və Xarkov vilayətlərinin yaşayış məntəqələrini də atəşə tutublar.
 
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1060 hərbçisini itirib.
 
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 154 830 nəfərə çatıb.
 
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 11 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol