Azərbaycanla Latviya arasında ticarət dövriyyəsi artıb

2023-cü ilin yanvarında Azərbaycanın Latviya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayı ilə müqayisədə 1 295,12 min ABŞ dolları çox artaraq 2 343,12 min dollar təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
Bu ilin yanvarında Latviyadan Azərbaycana 1 541,91 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 760,83 min dollar çoxdur.
Hsabat dövründə Azərbaycandan Latviyaya ixrac edilən məhsulların dəyəri isə 534,29 min dollar artaraq 801,21 min dollar təşkil edib.
Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyan ölkələrdən olub. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə başlayıb.
Azərbaycanın Latviyada Səfirliyi 2005-ci il, Latviyanın isə Azərbaycandakı Səfirliyi isə 2006-cı ildə açılıb.
1997-ci il martın 7-də "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaradılıb və ilk rəhbəri Yusif Vəkilov olub. 2016-cı ili martın 4- dən Kamran Bayramov işçi qrupunun rəhbəridir.
Latviya Seymində isə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.
İndiyədək iki ölkə arasında 43 sənəd imzalanıb.
Azəraycanda 47 Latviya şirkəti tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.

Aytac Zeynalova
www.anews.az