Laçın yolundan 9 xəstə Ermənistana aparılıb
Martın 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağda olan 9 xəstə Laçın dəhlizi ilə Ermənistanın tibb müəssisələrinə aparılıb. Bu barədə Ermənistan mətbuatı yazıb.
Bildirir ki, Laçın dəhlizində aksiya başlayan gündən bu günə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 153 xəstə Qarabağdan Ermənistana aparılıb.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi də azərbaycanlı ekoloqlara cavab olaraq iki etiraz aksiyası təşkil ediblər.
Martın 7-də Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 14 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb
Belə ki, 2 minik, 12 yük avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bununla da bu günə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 20-yə çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox