• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Kapital Bank-la sahibkar xanımlar e-ticarət sahəsində dünyaya çıxacaq!

Kapital Bank-la sahibkar xanımlar e-ticarət sahəsində dünyaya çıxacaq!
07.03.2023 16:05
Kapital Bank hər il olduğu kimi bu il də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində "Women of Azerbaijan” platforması çərçivəsində sahibkar xanımlara yeni fürsətlər təqdim edir. Bu il "Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı yeni və maraqlı layihəni təqdim edir. 

Layihə çərçivəsində ölkənin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstəriləcək. Belə ki, 3 ay davam edəcək layihədə "Amazon” və "eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər və vörkşoplar keçiriləcək.

Layihədə iştirak etmək istəyənlər 8 mart – 22 mart 2023-cü il tarixləri aralığında https://woa.az/ saytına keçid etməklə qeydiyyatdan keçə bilərlər. Aprel ayının 3-dən etibarən bu sahədə peşəkar olan şəxslər tərəfindən təlimlər və vörkşoplara start veriləcək. Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
İqtisadiyyat 14:02
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub
İqtisadiyyat 14:50
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub
ABB “Fayda Max”ın ən üstün - “Prime”
mərhələsini təqdim etdi!
İqtisadiyyat 15:15
ABB “Fayda Max”ın ən üstün - “Prime” mərhələsini təqdim etdi!
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
İqtisadiyyat 14:51
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:06
Azərbaycan nefti ucuzlaşıb
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol