• $
  • £

Aİ yenilənmiş Şengen məlumat bazasını işə salıb

Aİ yenilənmiş Şengen məlumat bazasını işə salıb
07.03.2023 22:00
Avropa İttifaqı çərşənbə axşamı 2016-cı ildən fəaliyyət göstərən yenilənmiş Şengen İnformasiya Sistemini (SIS) işə salıb və bu sistemə icmanın sərhədlərini keçən bütün insanlar haqqında geniş məlumat daxildir. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

"Bu gün yenilənmiş SIS işə başladı. Bu, Avropada ən geniş sərhəd nəzarəti və məlumat mübadiləsi sistemidir. Buraya axtarışda olan və itkin düşmüş şəxslər, Avropa İttifaqının ərazisində qanuni olmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, habelə oğurlanmış və ya itkin düşən əşyalar (silahlar, nəqliyyat vasitələri, şəxsiyyət vəsiqəsi) haqqında məlumatlar daxildir. Bu sistem bizim qurduğumuz dünyada ən qabaqcıl sərhəd sisteminin əsasını təşkil edir”, - Avropa Komissiyası bildirib.

Əvvəlki SIS II verilənlər bazası 2016-cı ildə ciddi sistem zəifliklərini göstərdi.

2015-ci ilin payızında Parisdə və 2016-cı ilin yazında Brüsseldə baş vermiş irimiqyaslı terror aktlarının təhqiqatı zamanı məlum olub ki, bu hücumları təşkil edən və həyata keçirən şəxslər qrupuna terrorçuluq ittihamı ilə axtarışda olan şəxslər də daxildir və buna baxmayaraq, onlar nəinki Aİ ərazisində sərbəst hərəkət edirdilər, həm də dəfələrlə xaricə, o cümlədən Türkiyə və Suriyaya səfər edərək sənədlərin yoxlanışından sərbəst keçiblər. Bu vəziyyət Avropa İttifaqının Şengen zonasında yeni polis və miqrasiya məlumat bazası yaratmağa başlamasının səbəblərindən biri idi.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol