Zəlzələdən sonra bərpa işlərinə 100 milyarddan çox dollar lazımdır - BMT
Türkiyədə baş verən zəlzələdən sonra bərpa üçün 100 milyard dollardan çox vəsait lazım ola bilər, bu barədə BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Uinton bildirib.
Uinton Türkiyənin ən çox zərər çəkmiş Hatay vilayətindəki vəziyyəti "apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib.
"Ehtiyaclar böyükdür, lakin resurslar azdır" deyə beynəlxalq rəsmi əlavə edib.
Daha əvvəl Dünya Bankı fevralın 6-da baş vermiş zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 34,2 milyard dollar qiymətləndirmişdi, bu məbləğ davam edən afterşoklar səbəbindən arta bilər. Fəlakətin bərpası və nəticələrinin aradan qaldırılması Türkiyəyə daha da baha başa gələ bilər.
"Hesabat həmçinin etiraf edir ki, bərpa və yenidənqurma xərcləri daha yüksək, bəlkə də ikiqat artacaq və iqtisadi böhranla bağlı ÜDM itkisi də zəlzələlərdən dəyən zərərin həcmini artıracaq", - Dünya Bankı bildirib.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yüzlərlə təkrar təkanla müşayiət olunan yeraltı təkanlar respublikanın 10 vilayətində və Suriyanın ən çox zərər çəkdiyi qonşu ölkələrdə hiss olunub. Türkiyədə ölənlərin sayı 46 mini keçib.
Bazar ertəsi Hatay vilayətində 6,4 və 5,8 bal gücündə iki yeni zərbə qeydə alınıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox