“Meta”da yenidən ixtisarlar olacaq
Feysbuk, instaqram və vatsapın ana şirkəti olan "Meta” qısa müddət ərzində minlərlə işçini əhatə edəcək bir sıra yeni ixtisarlar elan etməyə hazırlaşır.
Keçən ilin noyabr ayında sosial şəbəkə nəhəngi təxminən 11 000 nəfəri və ya işçi qüvvəsinin təxminən 13 faizini işdən çıxarmağı əhatə edən əsas xərclərin azaldılması planını açıqlamışdı. Bildirilən ixtisarlar bunlara əlavə olaraq olacaq.
"Bloomberg”in mövzu ilə tanış olan mənbələrə əsaslanan xəbərinə görə, işçilərin ixtisarı şirkətin maliyyə hədəfləri nəzərə alınaraq qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər