Kiyevə ballistik raket atılıb
Martın 9-da Kiyevdə genişmiqyaslı hava hücumu zamanı gurultulu partlayışlar eşidilib. Bu barədə Ukrayna telegram kanallarında məlumat verilib.
Bildirilir ki, paytaxtda hava hücumu ilə əlaqədar raket təhlükəsi və İran PUA-larının buraxılması barədə məlumat verilib.
"Paytaxtın Qoloseyevski rayonunda partlayışlar baş verib. Bütün xidmətlər yoldadır. Təfərrüatlar barədə məlumat veriləckdir",- məlumatda qeyd olunub.
Raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir.
Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb.
Həmçinin Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib.
Həmçinin bu gün Rusiya Federasiyasının raket hücumu səbəbindən Ukraynada qatarların gecikdiyini - reyslərin başqa vaxta keçirildiyini bildirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər