• $
  • £

Münaqişənin dinc yolla olması üçün hər şey etdik - Əliyev

Münaqişənin dinc yolla olması üçün hər şey etdik - Əliyev
09.03.2023 11:09
Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün  Azərbaycan əlindən gələni etdi. Bunu Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

Prezident Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib.

Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, prezidentin bu çıxışı Ermənistanla müharibəyə mesajdır.
 
"Prezidentin çıxışından başa düşülür ki,  konkret sülhlə bağlı nəticələr əldə olunmalıdır əks halda müharibə ola bilər. İkinci məsələ bu müharibə mesajıdır. Buna səbəb son günlər Qarabağda şəhidlərimizin olmasıdır. Ermənistanın Qarabağa silah verməsi, Rusiya sülhməramlılarının Azərbaycanı  ittiham etməsidir",- ekspert vurğulayıb.
 
2023-cü ilin fevralın 16-da Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdırdığını və onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərdiyini bəyan edib.

Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə fevralın 18-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər.
 
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsinin bəzi bəndləri üzrə konsensus əldə ediblər. 
 
Fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda rəsmi səfərdə olub. Səfər zamanı nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla sülh müqaviləsi üzrə danışıqlar aparıb. 
 
Ceyhun Bayramov Ermənistanı sülh danışıqlarından yayındığını bildirib və Ermənistanı bir daha sülh müqaviləsi imzalaması üçün masaya dəvət edib. 
 
Martın 3-də isə Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Yenli Dehlidə səfəri zamanı görüşüb. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini müzakirə edib. 

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol