• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Azərbaycan yağ istehsalçıları xam palma yağının xaricdən alışını kəskin artırırlar

Azərbaycan yağ istehsalçıları xam palma yağının xaricdən alışını kəskin artırırlar
09.03.2023 20:04
Azərbaycanda digər qida yağılarının bahalaşmasından sonra yerli yağ istehsalçılarının palma yağına marağı artmaqda davam edir. Bu barədə banker.az saytı yazıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2022-ci ildə Azərbaycan xam palma yağının idxalını 44% miqdar baxımdan artırıb. Azərbaycan son illərdə Malayziya və İndoneziyadan idxal edirdi. İndi bu yağ fraksiyası həm də Kolumbiyadan alır. Bu son 5-6 ildə qeydə alınmış ilkdir.
Ötən il qida bazarları üçün qiymətlər od götürmüşdü. Ukrayna-Rusiya qanlı müharibəsindən sonra ticarət zənzirindəki mümkün qırılma riski həmçinin qida yağlarını da illərin rekord həddinə qədər bahalaşdırdı. Buna görə də bahalaşan günəbaxan, qarğıdalı, kərə yağlarının Azərbaycana gətirilməsi idxalçı şirkətlər tərəfindən azaldılsa da, bu bazarı sanki palma yağı boş qoymayıb. 2021-ci ildə xaricdən 50.53 min ton təşkil edirdisə, 2022-ci ildə bu miqdar 72.56 min tona qaldırılıb. 

Palma yağı ucuz olsa belə, ötən həmin hadisələrdən qaynaqlanaraq Kuala-Lumpur birjasında hər tonu üçün 1390 dollardan 1 780 dollara qədər bahalaşdı. Bu qiymətlər 2022-ci ilin avqustundan sonra səngiməyə başladı Hazırda bir tonu hətta ötən ildən 40% ucuzdur – 965 dollar ətrafında.

Xam palma yağının 13.47 min ton ($23.36 mln.) Malayziyadan, 56.11 min tonu ($86.66 mln.) İndoneziyadan, 3 min tonu ($5.8 mln.) Kolumbiyadan alınıb.

Azərbaycan palma yağının bir tonunu Malaziyadan 2021-ci ildə  $1282 aldğı halda, 2022-ci ildə $1 734-ə, İndoneziyadan 2021-ci ildə $1 190 aldığı halda, 2022-ci ildə $1 544-ə alıb. Kolubiyadan bu il alınan palma yağının orta qiyməti  $1 949 olub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol