Son sutkada Azərbaycanda 45 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 45 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.
COVID-19-a yoluxmuş 19 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 10 142 nəfər vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər