• $
  • £

Putin G20 sammitində iştirak edə bilər

Putin G20 sammitində iştirak edə bilər
11.03.2023 12:44
Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilər. Bunun üçün Kreml Rusiya prezidentinin iş qrafikinə düzəlişlər edir.
 
Xarici KİV   xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.
 
Bildirilir ki, Putin sammitə gedib-getməmək barədə hələ yekun qərar verməsə də, Kreml belə bir ehtimalı istisna etmir. O da vurğulanır ki, Putinə manevr imkanı vermək üçün rəsmilər Vladivostokda G20 sammitindən əvvəl təyin olunan illik iqtisadi forumu bir həftə təxirə salıblar.
 
Nəşr Putinin mətbuat katibi Dmitri Peskovun bu məlumatı şərh etmədiyini vurğulayıb.
 
Hindistan Putini G20 sammitinə dəvət etmiş və Kreml də buna razılığını vermişdi. Ancaq ötən il müharibə ilə əlaqədar olaraq ABŞ və müttəfiqlərinin təzyiqi ilə Putin İndoneziyadakı görüşə qatılmaq planından imtina etmişdi. O, həmçinin bundan bir il əvvəl, Ukraynaya hücum hazırladığı vaxt G20-nin Romadakı sammitinə də qatılmamışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol