• $
  • £

Yasamal rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib

Yasamal rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib
03.03.2023 18:28
5 mart  Bədən tərbiyəsi və idman günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirildi. Tədbirdən öncə akt zalının foyesində ötən illər ərzində paytaxtımızda təşkil edilmiş mötəbər idman tədbirlərinə həsr olunmuş foto sərgi nümayiş etdirildi. İclasda dövlət himni səsləndirildi və Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəqlik sükutla yad edildi. Daha sonra Azərbaycanda idmanın inkişaf mərhələlərindən bəhs edən qısa metrajlı film nümayiş etdirildi.

Тoplantını giriş sözü ilə  açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov «Heydər Əliyev və müstəqil Azərbaycanın idman tarixi» mövzusunda çıxış etdi.

Daha sonra geniş nitqlə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış etdi. Bildirdi ki, dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 30 ildə qazandığı yüksək nəticələrinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İstər sovet vaxtı, istər müstəqillik illərində Heydər Əliyevin təşəbbüsü ilə ölkədə çoxsaylı idman infrastrukturları tikilib istismara verildi. Müstəqillik dövründə Ulu Öndərin sərəncamı ilə İdman və Gənclər Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi yaradıldı. Qeyd olundu ki, bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Son on illiklərdə Azərbayanda çoxlu sayda olimpiya idman kompleksləri və müxtəlif idman arenaları tikilərək istifadəyə verilib. Ölkəmizdə Avropa Oyunları, "Formula-1” yarışı, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlar uğurla baş tutub. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. "Saglam bədəndə - saglam ruh” şüarını xatırladan İcra başçısı idman və bədən tərbiyəsinin təbliginə xüsusi diqqət ayırmağı tövsiyyə etdi.

Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsinin qazisi Yusif Əhmədov bildirdilər ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara olan tükənməz qayğısının ən bariz nümunəsidir.

Tədbirin sonunda idman nailiyyətlərinə görə bir qrup idmançıya fəxri fərmanlar təqdim edildi və xatirə fotosu çəkildi.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol